“Norway Chess”: Teymur Rəcəbov Maqnus Karlsen, Şəhriyar Məmmədyarov isə Veselin Topalovla mübarizə aparacaq
Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçiriləcək.

Azərbaycan təmsilçisi Teymur Rəcəbov üçüncü turda hazırkı dünya çempionu Maqnus Karlsenlə mübarizə aparacaq. Şəhriyar Məmmədyarov isə bolqarıstanlı Veselin Topalov ilə üz-üzə gələcək.

Qeyd edək ki, ötən iki turda Ş.Məmmədyarov 2,5, Teymur Rəcəbov isə 1,5 xal toplayıb.

“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.

Xəbər 426 dəfə oxundu.