“Bakı-2022”: Tüfəngdən 50 metr məsafəyə atəşaçma yarışında Ukrayna təmsilçisi qızıl medal qazanıb
Bakıda atıcılıq üzrə dünya kuboku yarışının növbəti qalibləri müəyyənləşib.
Tüfəngdən 50 metr məsafəyə atəşaçma üzrə kişilərin yarışında Ukrayna təmsilçisi Serhiy Kuliş qızıl medal qazanıb. İkinci yerdə hindistanlı Svapnil Kusale, üçüncü pillədə isə Finlandiya atıcısı Aleksi Leppa qərarlaşıblar.

Qeyd edək ki, ümumi nəticələrə görə, Koreya Respublikasının komandası (3 qızıl, 1 bürünc medal) liderliyi davam etdirir. Serbiya 2 qızıl, 1 gümüş və 1 bürünc medalla ikinci, Avstraliya 1 qızıl, 2 gümüş və 1 bürünc medalla üçüncü yerdədir.

Xatırladaq ki, iyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 705 idmançı 30 növ üzrə gücünü sınayır. Turnirdə qarışıq komanda, komanda və şəxsi yarışlar keçirilir. Azərbaycanı dünya kuboku yarışında 36 idmançı təmsil edir. Turnirdə idmançılar 30-u qızıl olmaqla 188 medal uğrunda mübarizə aparırlar.

Xəbər 330 dəfə oxundu.