Kaliforniyada Azərbaycana həsr olunmuş şahmat turniri keçirilib
ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhərində Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə ölkəmizin Müstəqillik Gününə həsr olunmuş növbəti şahmat turniri keçirilib.

La Xoya-Riford Kitabxanasında təşkil olunan 4-cü San-Dieqo - Azərbaycan gənclərarası şahmat turnirində 8-18 yaş arasında olan 30 gənc amerikalı şahmatçı mübarizə aparıb.

İlk üç yeri tutan şahmatçılara Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən müvafiq diplomlar və hədiyyələr, həmçinin bütün iştirakçılara Azərbaycana dair müxtəlif suvenirlər və nəşrlər təqdim olunub.

Turnirin iştirakçılarına Azərbaycanın Müstəqillik Günü, ölkəmizdə şahmat idmanının inkişafı və məhşur azərbaycanlı şahmatçılar barədə məlumat verilib və kitabçalar paylanılıb.

Xəbər 333 dəfə oxundu.