AFFA tərəfindən Sumqayıt və Qubada treninqlər təşkil olunub
2022/2023-cü il mövsümünə hazırlıqla əlaqədar oğlanlar, qızlar, həvəskarlar, Region Liqası və futzal liqalarındakı komandaların nümayəndələri və onlayn qeydiyyatını aparacaq şəxslərlə görüşlər keçirilib. İlkin treninqlər Sumqayıtda və Qubada təşkil olunub.

Görüşlərdə yeni mövsüm üçün qeydiyyatın başlanması və son tarixləri, qeydiyyat zamanı yeni tətbiq ediləcək sənəd (azyaşlı həvəskar futbolçu təlim müqaviləsi), dəyişən qeydiyyat qaydaları və “Futbola Qoşul” onlayn qeydiyyat platformasında yeni tətbiq ediləcək “Yarışların idarəetmə sistemi” bölməsi haqqında məlumat verilib.

“Yarışların idarəetmə sistemi” “Futbola Qoşul” onlayn qeydiyyat sistemi ilə vahid bir platforma üzərində sinxronlaşdırılıb. Yeni sistem futbol idarəetməsinin müxtəlif sahələrində müasir rəqəmsal idarəetmə üsullarının tətbiqini davam etdirmək və təkmilləşdirmək imkanları verəcək.

Qeyd edək ki, “Yarışların idarəetmə sistemi”nin tam tətbiqi 2023/2024-cü il mövsümündən nəzərdə tutulur.

Xəbər 371 dəfə oxundu.