“Finalissima”: Argentina millisi İtaliya yığmasını 3 cavabsız qolla məğlub edib
Avropa çempionu İtaliya və Amerika Kubokunun son qalibi Argentina milli komandaları arasında oyun keçirilib.

“Finalissima” adlandırılan görüş Londondakı “Uembli” stadionunda təşkil olunub.

Matç Argentina millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Argentina “Finalissima”nın kubokunu başı üzərinə qaldırıb.

Oyun UEFA ilə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında 2028-ci ilədək nəzərdə tutan əməkdaşlıq memorandumu çərçivəsində keçirilib.

Xəbər 391 dəfə oxundu.