“Qətər-2022”: Ukrayna millisi Şotlandiya yığmasına qalib gəlib
İyunun 1-də futbol üzrə Şotlandiya və Ukrayna milli komandaları arasında dünya çempionatının pley-off mərhələsinin təxirə salınmış yarımfinal oyunu keçirilib. Qlazqo şəhərindəki “Hempden Park” stadionunda keçirilən oyunu niderlandlı FIFA referisi Denni Makkelli idarə edib.

Qarşılaşma Ukrayna yığmasının inamlı qələbəsi ilə başa çatıb – 3:1.

Beləliklə, iyunun 5-də Kardiffdə baş tutacaq matçda Ukrayna və Uels yığmaları dünya çempionatına sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Xatırladaq ki, UEFA Ukraynadakı vəziyyətə görə yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.

Futbol üzrə dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.

Xəbər 452 dəfə oxundu.