“Norway Chess” beynəlxalq şahmat turnirində Teymur Rəcəbov ilk qələbəsini qazanıb
Norveçin Stavanger şəhərində "Norway Chess" beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçirilib.

Azərbaycan təmsilçisi Teymur Rəcəbov ikinci turda norveçli Aryan Tari üzərində qələbə qazanıb. Şəhriyar Məmmədyarov isə fransalı Maksim Vaşye-Laqrava məğlub olub. Bundan əvvəlki turda isə T.Rəcəbov ABŞ təmsilçisi Uesli Soya uduzub, Ş.Məmmədyarov isə Aryan Tarini məğlub edib.

Qeyd edək ki, Şəhriyar Məmmədyarovun 2,5, Teymur Rəcəbovun 1,5 xalı var.

“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara 3 xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.

Xəbər 312 dəfə oxundu.