Velosipedçilərimiz Albaniyada beynəlxalq turnirdə iştirak edirlər
Şose velosipedi üzrə Azərbaycanın elit/U-23 yığma komandası Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışında uğurla mübarizə aparır.

Yığma komandamızın liderlərindən olan Elçin Əsədov yarışın birinci mərhələsini ən yaxşı sprinterlərin sırasında - 7-ci pillədə başa vurub. Velosipedçimiz aralıq finişlərində 17 xal toplayıb. E.Əsədov hazırda ümumi təsnifatda 6-cı yerdə qərarlaşıb. Milli komandamızın digər üzvü Musa Mikayılzadə isə birinci mərhələdə 12-ci olub.

İlk mərhələdə velosipedçilər 161 kilometr məsafə qət ediblər.

Yarışın ikinci mərhələsində velosipedçilər 153 kilometr məsafədə mübarizə aparacaqlar.

Mötəbər yarışda ölkəmizi elit/U-23 yığma komandamızın üzvləri Elçin Əsədov, Elgün Əlizadə, Musa Mikayılzadə, Əli Qurbanov, Şahin Eyvazov və Yusif İsmayılov təmsil edirlər. Millimizə baş məşqçi Asif Həsənov rəhbərlik edir.

Xəbər 245 dəfə oxundu.