Azərbaycan çempionatının I Divizionunda ilk tura yekun vurulub
Azərbaycan çempionatının I Divizionunda ilk tura yekun vurulub. İkinci oyun günündə 3 qarşılaşma baş tutub. 13 qolun vurulduğu gün məhsuldarlığı ilə yadda qalıb. “Neftçala” və “Ağsu”nun böyükhesablı qələbə qazandığı gün ikiqat Azərbaycan çempionu “Şəmkir”in darmadağını ilə əlamətdar olub.

“Lokomotiv” - “Qala” – 0:2
Azər Məmmədov, 54; Bəxtiyar Fəzai, 74
“Şəmkir” – “Neftçala” – 1:5
Abdulla Sadıqov, 84-p. - Aqşin Həşimov, 20; Ceyhun Cavadov, 57; Samir Abdulov, 65; 73; 89)
“Ağsu” – “Şahdağ” – 4:1
Ramil Nuriyev, 24; Ravi Rəhmanov, 33; Zaur Əsədov, 66; Nicat Tağıyev, 74 - Yusif Yusifzadə, 82

Xəbər 837 dəfə oxundu.