Viaçeslav İvanets: Azərbaycanda idmana çox böyük maraq var
Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 15-də keçirilən “Bakı Marafonu-2022” iştirakçı sayı və müxtəlifliyi ilə çox fərqli idi. Azyaşlı və ahıl insanların, əlillərin marafonda iştirakı bizi çox heyrətləndirdi.

“Bakı Marafonu-2022”nin Gürcüstandan olan iştirakçısı Viaçeslav İvanets söyləyib.

O deyib: “Mən 12-ci dəfədir ki, müxtəlif ölkələrdə beynəlxalq marafon yarışlarında iştirak edirəm. Bundan əvvəl Almaniya, Baltikyanı ölkələr və digərlərində belə yarışlara qatılmışam. Amma bu il, Bakıda “Küləyə qalib gəl” şüarı altında keçirilən marafonda iştirakçı sayı məni daha çox valeh etdi. Bu marafonda 15 minə yaxın insan iştirak edirdi. Mən heç bir ölkədə belə kütləvilik, idmana belə böyük maraq görməmişdim. Fikrimcə bu, dövlətin insanlara qayğısının və insanların bu qayğıya müsbət cavabının təzahürüdür”.

Qeyd edək ki, “Bakı Marafonu-2022”də Gürcüstandan 20 nəfər iştirak edib.

Xəbər 239 dəfə oxundu.