Bakıda “Sağlam ailə” əyləncəli idman oyunları təşkil edilib
Gənclər və İdman Nazirliyi 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Sağlam ailə” əyləncəli idman oyunları təşkil edib.

Bakının “Qış parkı”nda gün ərzində təşkil olunan tədbirdə əsasən ailələr yarışırlar.

Oyunların əsas məqsədi əhali arasında kütləvi idmanın təşviqi, uşaqlarda idmana marağı artırmaq və sağlam gənc nəslin yetişdirilməsinə nail olmaqdır.

Xüsusi avadanlıqların quraşdırıldığı ərazidə oyunlar estafet, müxtəlif əyləncəli idman yarışları və idman mövzusunda sual-cavab viktorinası formatında keçirilir. Uzaq məsafəyə atış, topun baş üzərindən arxaya atılması, formula 1 yarışı, ip atma, maneələr zolağı və kisə ilə tullanma yarışlarında qalib gələn ailələrə müvafiq diplom və hədiyyələr təqdim edilib.

Bütün iştirakçı uşaqlara isə müxtəlif hədiyyələr verilib.

Xəbər 270 dəfə oxundu.