“Bakı-2022”: Səngər stendi üzrə yarışlarda ABŞ və Küveyt yığmaları qalib adını qazanıblar
Bakıda atıcılıq üzrə dünya kuboku yarışında növbəti qaliblər müəyyənləşib.

Səngər stendi üzrə kişilər arasında komanda yarışında Küveyt yığması (Naser Meqlad, Abdulrahman Al Faihan, Talal Alrashidi) birinci yeri tutub.

Qadınların yarışında isə ABŞ atıcıları (Aeriel Alease Skinner, Kayle Brovninq, Rachel Leighanne Tozier) ilk pillədə qərarlaşıblar.

Koreya komandası (3 qızıl, 1 bürünc medal) turnirdə liderliyini davam etdirir. Serbiya 2 qızıl, 1 gümüş, 1 bürünc medalla ikinci, Polşa 1 qızıl, 1 gümüş, 2 bürünc medalla üçüncü yerləri tuturlar.

Xatırladaq ki, iyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 705 idmançı 30 növ üzrə gücünü sınayır. Turnirdə qarışıq komanda, komanda və şəxsi yarışlar keçirilir. Azərbaycanı dünya kuboku yarışında 36 idmançı təmsil edir.

Turnirdə idmançılar 30-u qızıl olmaqla, 188 medal uğrunda mübarizə aparırlar.

Xəbər 386 dəfə oxundu.