"Norway Chess": Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov növbəti görüşlərini keçirəcəklər
Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində bu gün ikinci turun oyunları keçiriləcək.

Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov növbəti görüşünü fransalı Maksim Vaşye-Laqrav, Teymur Rəcəbov isə norveçli Aryan Tari ilə qarşılaşacaqlar.

Qeyd edək ki, birinci turda Ş.Məmmədyarov qələbə qazanıb, T.Rəcəbov isə uduzub.

“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara 3 xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.

Xəbər 421 dəfə oxundu.