Bu gün UEFA Millətlər Liqasının 2022/2023-cü il mövsümünə start veriləcək
Bu gün futbol üzrə UEFA Millətlər Liqasının 2022/2023-cü il mövsümünə start veriləcək.

Birinci turun ilk oyun günündə A Liqasının dördüncü qrupunda Polşa Uelsi qəbul edəcək. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək qarşılaşmanı sloveniyalı Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Bu qrupun digər qarşılaşması iyunun 3-də Belçika və Niderland komandaları arasında olacaq.

Xəbər 236 dəfə oxundu.