İstanbulda keçirilən şahmat üzrə olimpiadaya yekun vurulub
İstanbulda keçirilən şahmat üzrə olimpiadaya yekun vurulub. Yarışın son günü komandalarımız üçün fərqli olub.

Kişilərdən ibarət komandamızın qələbə qazandığı 11-ci tur qadınlarımız üçün uğursuz alınıb. Hindistan üzərində çətin qələbə qazanan yığmamızın uğuru Şəhriyar Məmmədyarovun əldə etdiyi 1 xal sayəsində mümkün olub.

Belarusa uduzan xanımlarımızın heyətində isə Nərgiz Umudova qalib gəlsə də Gülnar Məmmədova və Zeynəb Məmmədyarovanın məğlubiyyətləri komandamızı xalsız qoyub.

Bu nəticələrdən sonra kişilərdən ibarət komandamız 10-cu, qadınlar isə 28-ci yerdə qərarlaşıb.

Kişilər
Azərbaycan – Hindistan - 2,5:1,5
Eltac Səfərli – Krişnan Saşikiran - 0,5:0,5
Şəhriyar Məmmədyarov – Pentala Harikrişna - 1:0
Rauf Məmmədov – Parimarcan Neqi - 0,5:0,5
Qədir Hüseynov – Naryanan Qopal - 0,5:0,5

Turnir cədvəli: 1. Ermənistan – 19 (397, 29), 2. Rusiya - 19 (388,5, 28,5), 3. Ukrayna - 18 (363, 29,5)... 10. Azərbaycan - 15 (344, 29).

Qadınlar
Azərbaycan – Belarus - 1,5:2,5
Zeynəb Məmmədyarova – Anastasiya Zyazyulkina - 0:1
Gülnar Məmmədova – Anna Şaroviç - 0:1
Türkan Məmmədyarova – Lanita Stetsko - 0,5:0,5
Nərgiz Umudova – Mariya Neveselaya - 1:0

Turnir cədvəli: 1. Rusiya - 19 (450, 33), 2. Çin - 19 (416, 31,5), 3. Ukrayna - 18 (408,5, 30,5)... 28. Azərbaycan - 13 (306, 26)

Xəbər 1023 dəfə oxundu.