Şəhriyar Məmmədyarov "Norway Chess" beynəlxalq şahmat turnirinə qələbə ilə start verib
Norveçin Stavanger şəhərində "Norway Chess" beynəlxalq şahmat turnirində birinci turun oyunları keçirilib.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarovun startda norveçli Aryan Tari ilə qarşılaşması heç-heçə ilə başa çadığından şahmatçımız rəqibini “armageddon”da məğlub edib. Teymur Rəcəbov isə ABŞ təmsilçisi Uesli Soya uduzub.

Qeyd edək ki, “Norway Chess” turniri mayın 31-dən iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara 3 xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.

Xəbər 484 dəfə oxundu.