Mingəçevirdə “Coca-Cola məktəbli kuboku” turnirinə yekun vurulub
AFFA tərəfindən təşkil olunan futbol üzrə “Coca-Cola məktəbli kuboku” turnirinin Mingəçevir şəhəri üzrə final oyunu keçirilib.

Final qarşılaşmasında 3 nömrəli tam orta məktəbin komandası ilə 11 nömrəli tam orta məktəbin kollektivi qarşılaşıb.

Rəqibini 4:0 hesabı ilə məğlub edən 3 nömrəli tam orta məktəbin komandası Mingəçevir şəhəri üzrə turnirin qalibi olub.

Xəbər 248 dəfə oxundu.