Şahmatçılarımız "Norway Chess" turnirində mübarizəyə başlayırlar
Bu gün Norveçin Stavanger şəhərində "Norway Chess" beynəlxalq şahmat turnirinə start veriləcək.

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, turnirdə norveçli dünya çempionu Maqnus Karlsen, onun həmyerlisi Aryan Tari, macarıstanlı Riçard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao mübarizə aparacaqlar.

Yarışdan əvvəl start ardıcıllığını müəyyənləşdirmək üçün püşk əvəzinə blits turnir təşkil olunub. Yekun nəticədə, Şəhriyar Məmmədyarov 5 xalla 5-ci, Teymur Rəcəbov isə 3 xalla 10-cu olub.

Sıra nömrəsinə əsasən, birinci turda Şəhriyar Məmmədyarov Ayran Tari, Teymur Rəcəbov Uesli So ilə qarşılaşacaq.

Qeyd edək ki, “Norway Chess” turniri mayın 31-dən iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə, şahmatçılara 3 xal veriləcək. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirəcəklər.

Xəbər 253 dəfə oxundu.