Azərbaycanın U-17 komandası Slovakiya və Latviya yığmaları ilə qarşılaşacaq
Bu gün final mərhələsi 2023-cü ildə Estoniyada təşkil olunacaq 17 yaşadək qadın futbolçulardan ibarət komandaların Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Millimiz B liqasında Slovakiya və Latviya yığmaları ilə birlikdə 3 komandalı qrupda yer alıb. Bu qrupun oyunları bu il avqustun 1-dən noyabrın 20-dək Slovakiyada keçiriləcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, ilkin mərhələ oyunları Millətlər Liqası formatında təşkil olunacaq. B liqasında 6 qrup qalibi və ən yaxşı nəticəyə malik qrup ikincisi A liqasına vəsiqə qazanacaq. İkinci mərhələdə A liqasının 7 qrup qalibi isə final mərhələsinə vəsiqə əldə edəcək.

Xəbər 243 dəfə oxundu.