Gənc badmintonçular arasında Azərbaycan birinciliyinə yekun vurulub
1 nömrəli idman liseyində 2004-2005-ci il təvəllüdlü gənclər arasında badminton üzrə Azərbaycan birinciliyinə yekun vurulub.

30-dan çox badmintonçunun qatıldığı birincilikdə 5 kateqoriya üzrə qaliblər müəyyənləşib:

Şəxsi yarışlarda Aqil Qəbilov və Həcər Nuriyeva birinci olublar. Qoşa yarışlarda isə Rəvan Niftəliyev, A.Qəbilov və Əminə İsmayılova, H.Nuriyeva qızıl medal qazanıblar. Qarışıq qoşa yarışlarda Aqil Qəbilov - Nigar Səmədova cütlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan Badminton Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunan respublika birinciliyinin mükafatçıları diplom və medallarla təltif olunublar.

Xəbər 320 dəfə oxundu.