Estoniya - Azərbaycan matçını uelsli hakimlər briqadası idarə edəcək
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Estoniya - Azərbaycan oyununun hakimləri açıqlanıb.

Qarşılaşmanın baş hakimi uelsli Robert İan Jenkins olacaq. Ona həmyerliləri İan David Bird və Eşli Davis kömək edəcəklər. Matçın dördüncü hakimi Aleks Mcinç olacaq.

Matç iyunun 3-də Parnu şəhərindəki “Parnu Rannastaadion”da keçiriləcək.

Xəbər 251 dəfə oxundu.