PSJ klubu Portuqaliya millisinin üzvünü transfer edib
Fransanın PSJ futbol klubu yeni transferini açıqlayıb.

Fransa çempionu Portuqaliyanın “Sportinq” klubundan Nunu Mendeşi heyətinə qatıb.

İyirmi yaşlı müdafiəçi ilə dördillik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu bunadək icarə əsasında PSJ-də çıxış edib. O, Portuqaliya millisinin də üzvüdür.

Xəbər 248 dəfə oxundu.