Azər Mirzəyev Hindistanda şahmat festivalında yeddinci yeri tutub
Hindistanda keçirilən 13-cü şahmat festivalı başa çatıb.

Festivalın güclü A kateqoriyalı yarışında mübarizə aparan Azərbaycan şahmatçısı Azər Mirzəyev 7,5 xal toplayaraq 7-ci yeri tutub. Komandamızın digər üzvü Xatun Bağırova isə 4 xal toplayıb.

Yarışın qalibi 8,5 xalla Tacikistan təmsilçisi Farrux Amonatov olub. On turdan ibarət yarışda 30-u qrosmeyster olmaqla, 114 şahmatçı iştirak edib.

Xəbər 266 dəfə oxundu.