“Pirelli” şirkəti Formula 1 Azərbaycan Qran-Prisi üçün şinlərin seçimini elan edib
“Pirelli”də Formula 1 çempionatının komandalarına növbəti üç mərhələdə - Azərbaycan, Kanada və Böyük Britaniyada əlçatan olacaq şinlərin tərkibini açıqlayıblar.

şirkət Bakı və Monreala ən yumşaq şinlərin üçlüyünü – C3, C4 və C5 şinlərini gətirəcək. Hər pilot C3 və C4 yeni komplektinin hərəsindən bir dəst saxlamalı və onlardan azı birindən istifadə etməlidir. Ən yumşaq tərkibli şin dəstinin biri final təsnifatına saxlanmalıdır, onluğa düşənlər sessiyadan sonra həmin şin dəstini qaytarmalıdırlar.

Silverstounda komandalar ən sərt tərkibli – C1, C2 və C3 şinlər üçlüyünü alacaqlar. C1 və C2 şinlərini yürüş üçün, C3 şinlərini isə təsnifat üçün saxlamaq lazımdır.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi 10-12 iyun tarixlərində Bakıda keçiriləcək.

Xəbər 244 dəfə oxundu.