Azərbaycan şahmatçıları Şarjada beynəlxalq turnirdə iştirak ediblər
Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində şahmat üzrə beynəlxalq turnir keçirilib.

Sahmatçılarımız Misrətdin İsgəndərov, Nicat Abasov, Aydın Süleymanlı 9 turdan 5 xal toplayaraq 19-40-cı pillələrdə qərarlaşıblar. Komandamızın digər üzvləri Məhəmməd Muradlı 4,5, Günay Məmmədzadə 4 xal toplayıblar.

İsveçrə sistemi ilə keçirilən turnirdə 32 ölkədən 80 şahmatçı iştirak edib ki, onlardan da 65-i qrosmeysterlər olub.

Xəbər 422 dəfə oxundu.