Azərbaycanlı gənclər şahmat üzrə dərəcə yarışlarında qalib gəliblər
Gürcüstan Şahmat Federasiyasının təşkilatçılığı ilə Tbilisidə dərəcə yarışları üzrə turnir keçirilib.

Yarışlarda Marneulidəki “Çay Evi”nin (Tea House) “Şahmat klubu”nun yetirmələri də iştirak ediblər.

Klubun fəal üzvü Cahandar Bayramov IV dərəcə üzrə yarışlarda 6,5 xal toplayaraq birinci yerə çıxıb. O bununla həm də, III dərəcə üzrə yarışlara vəsiqə qazanıb. Klubun digər üzvü Emil Allahverdiyev IV dərəcə üzrə yarışmada 5,5 xal toplayaraq ikinci yerə çıxıb.

Komandanın üzvlərindən Renat Bədəlov, Hüseyn Muradov və Rəcəb Gərəkov isə hər birinə 4,5 xal toplayaraq V dərəcə üzrə turniri uğurla başa vurublar. Hər üç idmançı, eyni zamanda növbəti tura vəsiqə qazanıb.

Qeyd edək ki, “Çay Evi”ndəki “Şahmat klubu” layihəsi 2012-ci ildən SOCAR tərəfindən maliyyələşir. Klubda 4 qrup olmaqla 62 gənc ödənişsiz təhsil alır.

Xəbər 276 dəfə oxundu.