Estoniyada 23 yaşadək idmançılar arasında qılıncoynatma üzrə Avropa çempionatı keçirilir
Estoniyanın paytaxtı Tallində qılıncoynatma üzrə 23 yaşadək idmançılar arasında Avropa çempionatı keçirilir.

Spaqada ölkəmizi təmsil edən Ruslan Həsənov, Barat Quliyev və Fərrux Səfərov şəxsi yarışda çıxışlarını başa vurublar.

Qrup mərhələsini 3 qələbə ilə tamamlayan R.Həsənov pley-offda keçirdiyi ilk görüşdə macar Levente Bartkonu 15:14 hesabı ilə məğlub edib. Təmsilçimiz 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə eston Markus Salma 10:15 hesabı ilə uduzub.

Qrup mərhələsini 3 qələbə ilə bitirən Fərrux Səfərov isə 64-lüyə yüksəlmək uğrunda keçirilən görüşdə isveçrəli Hadrien Favreyə 6:15 hesabı ilə məğlub olub. Qrupda 2 qələbəsi olan B.Quliyev pley-offda britaniyalı Billi Şepherdə 13:14 hesabı ilə uduzub.

Xəbər 316 dəfə oxundu.