Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov "Norway Chess" turnirində mübarizə aparacaqlar
Mayın 30-da Norveçin Stavanger şəhərində "Norway Chess" çərçivəsində blits turniri təşkil ediləcək.

Yarışda Azərbaycanı qrosmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər. Şahmatçılarımızla yanaşı, turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, macarıstanlı Riçard Rapport, ABŞ-ı təmsil edən Uesli So, niderlandlı Aniş Giri, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşye-Laqrav, bolqarıstanlı Veselin Topalov və çinli Van Hao mübarizə aparacaqlar.

Turnirdə qələbə 3 xalla qiymətləndirilir. Heç-heçə olduqda, rəqiblər "armageddon" oynayır, onun qalibi 1,5 xal, uduzan tərəf 1 xal qazanır. Dairəvi sistemlə təşkil olunan 1 günlük yarışda turnirin nəticələri “Norway Chess”də start nömrələrini müəyyənləşdirəcək.

Qeyd edək ki, Norway Chess" turniri mayın 31-dən iyunun 10-dək keçiriləcək.

Xəbər 232 dəfə oxundu.