Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi oyunların hazırlığına başlayıb
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində keçirəcəyi oyunların hazırlığına başlayıb.

Millimizin hazırlıq prosesində Səlahət Ağayev (“Sabah”), Emil Balayev (“Turan”, Qazaxıstan), Şahrudin Məhəmmədəliyev, Bədavi Hüseynov, Maksim Medvedev, Toral Bayramov, Bəhlul Mustafazadə, Abbas Hüseynov (hamısı “Qarabağ”), Qismət Alıyev, Cəlal Hüseynov (hər ikisi “Zirə”), Höccət Haqqverdi (“Sumqayıt”), Anton Krivotsyuk (“Visla Plotsk”, Polşa), Azər Salahlı (“Neftçi”), Bəxtiyar Həsənalızadə (“Sabah”), Riçard Almeyda, Qara Qarayev (hər ikisi “Qarabağ”), Coşqun Diniyev (“Zirə”), Eddi İsrafilov, Emin Mahmudov (hər ikisi “Neftçi”), Aleksey İsayev (“Sabah”), Anatoli Nuriyev (“Sumqayıt”), Ramil Şeydayev (“Qarabağ”), Dmitri Nazarov (“Erzgebirge Aue”, Almaniya), Namik Ələskərov (“Bursaspor”, Türkiyə), Renat Dadaşov

(“Tondela”, Portuqaliya) və Mahir Emreli (“Dinamo Zaqreb”, Xorvatiya) iştirak edirlər.

Qeyd edək ki, yığmamız iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, 6-da Serbiyanın Novi Sad şəhərində Belarus, 10-da və 13-də isə Bakıda müvafiq olaraq Slovakiya və Belarus milli komandaları ilə qarşılaşacaq.

Xəbər 374 dəfə oxundu.