Azərbaycanın U-20 komandası özbəkistanlı həmyaşıdları ilə qarşılaşacaq
İyirmi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının mayın 30-dan iyunun 8-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. U-20 iyunun 5-də və 7-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Xəbər 252 dəfə oxundu.