Müstəqillik Günü münasibətilə bayram konserti və sərgi təşkil edilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Hövsan Mədəniyyət Sarayı, Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialı ilə birgə 28 May - Müstəqillik Günü münasibətilə bayram konserti təqdim edib.

Konsertdə Müstəqillik Gününün yaranma tarixi haqqında məlumat verilib, sarayın bədii özfəaliyyət kollektivlərinin ifasında bayrama həsr olunmuş şeir və musiqi kompozisiyaları təqdim olunub.

Bundan əlavə konsertə qatılan müğənnilər tamaşaçılara bayram təbriklərini öz çıxışları ilə çatdırıblar.

Qeyd edək ki, tədbir zamanı kitabxana tərəfindən vətənpərvərlik mövzusunda və müstəqillik haqqında yazılmış kitablardan ibarət sərgi açılıb.

Xəbər 248 dəfə oxundu.