Finlandiya yığması buzda xokkey üzrə dördüncü dəfə dünya çempionu adını qazanıb
Buzda xokkey üzrə dünya çempionatının final matçında Finlandiya yığması Kanadaya əlavə vaxtda 4:3 hesabı ilə qalib gələrək dördüncü dəfə dünya çempionu adını qazanıb.

azar günü Finlandiyanın Tampere şəhərində baş tutan final oyununda qalib gələn Finlandiya yığması 4:3 hesabı ilə 2022-ci il dünya çempionu adını növbəti dəfə qazanıb. Bundan əvvəl Finlər 1995, 2011 və 2019-cu illərdə çempionluğu qazanıb. Bununla yanaşı, Fin xokkeyçilər on dəfə gümüş, üç dəfə bürünc medal qazanıblar.

Xəbər 297 dəfə oxundu.