Azərbaycan parakarateçiləri Avropa çempionatını 3 medalla başa vurublar
Azərbaycan parakarateçiləri Türkiyənin Qaziantep şəhərində keçirilən böyüklər arasında 57-ci Avropa çempionatında 2 qızıl və 1 gümüş medal qazanıblar.

Komandamızın üzvləri Emilia Mitilinova görmə məhdudiyyətlilər arasında, Eldar Əhmədov isə əlil arabası istifadəçiləri arasında Avropa çempionatının qızıl medalına sahib olublar.

Görmə məhdudiyyətli idmançılar arasında iştirak edən komandamızın digər üzvü Nihat Məmmədzadə isə yarışın gümüş medalına layig görülüb.

Xəbər 246 dəfə oxundu.