Tamblinqçimiz İtaliyadan gümüş medalla qayıdır
İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışı keçirilib.

Yarışda ölkəmizi təmsil edən yığma komandamızın üzvü Mixail Malkin tamblinq üzrə yarışlarda gümüş medala sahib olub.

Finalda mübarizə aparan komandamızın digər üzvü Tofiq Əliyev isə altıncı pillədə qərarlaşıb.


Xəbər 238 dəfə oxundu.