«Atletik» FIFA-ya üz tutur
Xavi Martines transferi Bilbao «Atletik»i ilə Münhen «Bavariya»sını üz-üzə qoyub. İdman.com.az saytının məlumatına görə, bask klubu, onunla müqaviləsi davam etdiyi halda oyunçunu icazəsiz olaraq Münhendə tibbi baxışdan keçirən almanlardan FIFA-ya şikayət etməyə hazırlaşır.

Bilbaoluların rəhbəri Josu Urrutia bununla bağlı deyib: «Xavi Martines transferi əsnasında «Bavariya»nın oyunçumuzu icazəsiz şəkildə tibbi müayinədən keçirməsi FIFA qaydaları tərəfindən tanınan müqavilə şərtlərinə ziddir. Bu mövzu ilə bağlı qanuni yollara müraciət etməyi planlaşdırırıq».
Oyunçularının ayrılma qərarını da dəyərləndirən Urrutia «Martinesin verdiyi qərar həm klub rəhbəri, həm də bir «Atletik» tərəfdarı olaraq, məni üzdü» - deyib.

«Bavariya»nın məsələyə münasibətini açıqlayan Karl Hayns Rumenigge isə bu transferdə qaydalara zidd heç nəyin olmadığını və transferin tamamilə qanuni yollarla reallaşdığını mətbuata eşitdirdi.
Xavi Martines 40 milyon avro müqabilində «Bavariya»ya keçərək, Bundesliqa tarixinin ən bahalı transferi olmuşdu.

Xəbər 978 dəfə oxundu.