Azərbaycan gimnastı Nikita Simonov dünya kuboku yarışında birinci olub
Bolqarıstanın Varna şəhərində kişi və qadın idman gimnastikası üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışı keçirilib.

Yarışda ölkəmizi yığma komandamızın üzvləri Samirə Qəhrəmanova, Milana Minakovskaya, Nikita Simonov, Mənsum Səfərov və Ağamurad Qəhrəmanov təmsil ediblər.

Komandamızın üzvü N.Simonov halqalarla çıxışına görə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

Xəbər 260 dəfə oxundu.