UEFA Çempionlar Liqası: “Liverpul” – “Real Madrid” oyunu başlayıb
Futbol üzrə UEFA Çempionlar Liqasının final oyunu başlayıb.

Həlledici görüşdə İngiltərənin “Liverpul” və İspaniyanın “Real Madrid” komandaları qarşılaşır.

Fransanın paytaxtı Parisdəki “Stad de Frans” stadionunda oynanıla matçı yerli FIFA referisi Kleman Türpen idarə edir.

Komandalar bu oyunadək 8 dəfə qitənin ən nüfuzlu klub turnirində üz-üzə gəliblər. Bunların 4-də “Real Madrid”, 3-də isə “Liverpul” qələbə qazanıb. Bir görüşdə qalib müəyyənləşməyib. Qolların nisbətində də Madrid təmsilçisinin üstünlüyü var - 10:8.

Bunadək 13 dəfə Çempionlar Liqasının qalibi olan Madrid təmsilçisi hazırda turnirin ən titullu klubudur. Yurgen Kloppun baş məşqçisi olduğu komanda isə 6 dəfə Çempionlar Liqasının finalında qələbə sevinci yaşayıb.

“Liverpul” – “Real Madrid” oyunu ilə Avropada 2021-2022-ci il futbol mövsümünə yekun vurulacaq.

Xəbər 418 dəfə oxundu.