UEFA Çempionlar Liqası: “Liverpul” və “Real Madrid” komandalarının start heyətləri açıqlanıb
Futbol üzrə UEFA Çempionlar Liqasının finalında üz-üzə gələcək İngiltərənin “Liverpul” və İspaniyanın “Real Madrid” komandalarının start heyətləri açıqlanıb.

Fransanın paytaxtı Parisdəki “Stad de Frans” stadionunda oynanılacaq matçda “Liverpul”un start heyətində Alisson, Trent Aleksander-Arnold, İbraima Konate, Vircil van Deyk, Endryu Roberston, Fabino, Jordan Henderson, Tyaqo Alkantara, Luis Fernando Dias, Məhəmməd Salah və Sadio Mane yer alıblar.

"Real Madrid”in heyətində isə Tibo Kurtua, Dani Karvaxal, Eder Militan, David Alaba, Ferland Mendi, Kazemiro, Toni Kroos, Luka Modriç, Federiko Valverde, Junior Vinisius və Kərim Benzema meydana çıxacaqlar.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər 267 dəfə oxundu.