Vilhelm-Xavier Grill: Bakı Atıcılıq Mərkəzində ən böyük yarışların təşkili üçün hər cür şərait var
Azərbaycanın atıcılıq üzrə dünya kubokuna ev sahibliyi etməsi əlamətdar hadisədir. Dünyanın ən güclü atıcıları Bakıdadır və yarış gərgin idman mübarizəsi şəraitində davam edir.

Müsahibəsində Beynəlxalq İdman Atıcılığı Federasiyasının Texniki komitəsinin üzvü, yarışın texniki direktoru Vilhelm-Xavier Grill deyib.

Qeyd edib ki, Bakı Atıcılıq Mərkəzində ən böyük yarışların təşkili üçün hər cür şərait var. Azərbaycanda atıcılığın, ümumilikdə idmanın inkişafına böyük diqqət və qayğı göstərilir: “Yarışların keçirildiyi mərkəz dünyanın ən müasir idman qurğularından biridir. Yarışların yüksək səviyyədə təşkili iştirakçıların öz bacarıqlarından maksimum yararlanmasına şərait yaradır. Azərbaycanda atıcılığın, ümumilikdə idmanın inkişafına böyük diqqət və qayğı göstərilir. Ölkənizdə ən müasir standartlara cavab verən idman infrastrukturunun qurulması bunu bir daha təsdiq edir”.

Son dəfə Bakıda 2017-ci ildə - IV İslam Həmrəyliyi Oyunları zamanı olduğunu bildirən V.Grill ötən 5 il ərzində paytaxtımızın çox inkişaf etdiyini bildirib: “Burada mən özümü evimdə, Vətənimdəki kimi hiss edirəm. Bakı mənim üçün doğmadır”.

Xəbər 341 dəfə oxundu.