Vətən müharibəsi qazisi İsveçrə Qran-Pri turnirində qızıl medal qazanıb
Azərbaycan paraatleti Rasim Yaxin İsveçrənin Nottvil şəhərində keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.

Nüvə itələmə növündə (F46) 11,71 metrlik nəticə göstərən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

R.Yaxin 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub. Daxili Qoşunların Xüsusi təyinatlı qüvvələrinin tərkibində Murov, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa uğrunda döyüşlərdə iştirak edib. Şuşa uğrunda gedən hərbi əməliyyatlarda yaralanıb.

Xəbər 252 dəfə oxundu.