Hindistanda keçirilən şahmat festivalında Azərbaycan təmsilçisi uğurlu çıxışını davam etdirir
Hindistanda 13-cü şahmat festivalı davam edir.

Festivalın güclü A kateqoriyalı yarışında mübarizə aparan Azərbaycan şahmatçısı Azər Mirzəyev 9 turdan sonra 7 xalla üçüncü yerdə qərarlaşıb. Komandamızın digər üzvü Xatun Bağırova isə 4 xal toplayıb. Turnir cədvəlinə 8 xalla Tacikistan təmsilçisi Farrux Amonatov başçılıq edir. On turdan ibarət yarışda 30-u qrosmeyster olmaqla, 114 şahmatçı iştirak edir.

Festival mayın 29-dək davam edəcək.

Xəbər 240 dəfə oxundu.