Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının final oyunu keçiriləcək.

Həlledici görüşdə İngiltərənin “Liverpul” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gələcəklər. Fransanın paytaxtı Parisdəki “Stad de Frans” stadionunda oynanılacaq matçı yerli FIFA referisi Kleman Türpen idarə edəcək. Qarşılaşma Bak vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar indiyədək 8 dəfə qitənin ən nüfuzlu klub turnirində üz-üzə gəliblər. Bunların 4-də “Real Madrid”, 3-də isə “Liverpul” qələbə qazanıb. Bir görüşdə qalib müəyyənləşməyib. Qolların nisbətində də Madrid təmsilçisinin üstünlüyü var - 10:8.

Bunadək 13 dəfə Çempionlar Liqasının qalibi olan Madrid təmsilçisi hazırda turnirin ən titullu klubudur. Yurgen Kloppun baş məşqçisi olduğu komanda isə 6 dəfə Çempionlar Liqasının finalında qələbə sevinci yaşayıb.

“Liverpul” – “Real Madrid” oyunu ilə Avropada 2021-2022-ci il futbol mövsümünə yekun vurulacaq

Xəbər 274 dəfə oxundu.