Azərbaycanın qadın karateçisi Avropa çempionatında üçüncü yeri tutub
Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında Azərbaycanın qadın karateçisi Mədinə Sadıqova üçüncü yeri tutub.

55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bürünc medal uğrunda qarşılaşmada rəqibi Veronika Brunori (İtaliya) üzərində 4:3 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu gün parakarateçilərimiz Eldar Əhmədov (K30), Emiliya Militinova (K10) və Nihat Məmmədzadə (K10) finalda mübarizə aparacaqlar.

Xəbər 261 dəfə oxundu.