Azərbaycan kuboku yarışının qalibi penalti seriyasında müəyyənləşəcək
Futbol üzrə Azərbaycan kuboku yarışının final oyununun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb və qalib müəyyənləşməyib.

Həlledici matçda Azərbaycan çempionu “Qarabağ”la ölkə çempionatının bürünc mükafatçı “Zirə” qarşılaşır. Qəbələ şəhər stadionunda keçirilən görüşdə hesabı “Zirə” komandası hesabı açıb. Matçın 17-ci dəqiqəsində Hamidu Keyta fərqlənib. Görüşün birinci hissəsi “Zirə”nin minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.

İkinci hissəyə daha fəal başlayan Azərbaycan çempionu “Qarabağ” oyunun 69-cu dəqiqəsində istəyinə nail olub. Abdullah Zubir fərqlənməklə hesabı bərabərləşdirib – 1:1. Komandaların cəhdlərinə baxmayaraq görüşün əsas vaxtı heç-heçə ilə başa çatıb.

Qalibin müəyyənləşməsi üçün əlavə vaxta ehtiyac duyulub. Qalibi müəyyən etmək üçün 15 dəqiqədən ibarət 2 hissə oynanılıb. Qapılara top vurulmadığı üçün qalib penalti seriyasında müəyyənləşəcək.

Finalçılar Azərbaycan kuboku yarışında ilk dəfə qarşılaşırlar. Bakı təmsilçisi Ağdam klubuna yarışda 39-cu rəqibdir. Ağdam klubu isə qəsəbə təmsilçisi üçün 10-cu rəqibdir.

Yarışın 30 illik tarixində 472 müxtəlif cüt üz-üzə gəlib. “Qarabağ” – “Zirə” cütü bu siyahıda 473-cüdür.

Xəbər 455 dəfə oxundu.