Azərbaycan – Latviya oyununda qalib müəyyənləşməyib
Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib.

Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Millimizin heyətində penaltidən Balamirzə Mehdizadə fərqlənib.

Qeyd edək ki, komandalar arasında iki gün əvvəl keçirilmiş oyun 3:0 hesabı ilə millimizin xeyrinə nəticələnmişdi.

Xəbər 245 dəfə oxundu.