Paraatletimiz Oloxan Musayev İsveçrə Qran-Pri yarışında ikinci qızıl medalını qazanıb
Azərbaycan paraatletləri İsveçrənin Nottvil şəhərində keçirilən Qran-Pri yarışında 3 medal qazanıblar.

Disk atma növündə iştirak edən Oloxan Musayev (F55) 34,47 metr, uzunluğa tullanma növündə iştirak edən Elçin Muradov (T11) 6,15 metr nəticə göstərərək qızıl medal qazanıblar.

Uzunluğa tullanma növündə iştirak edən digər idmançı Toğrul Hümbətov (T11) isə 5,73 metr nəticə ilə gümüş medala sahib olub.

Qeyd edək ki, ötən gün milli komandamızın üzvləri nüvə itələmə növündə Samir Nəbiyev (F57), Elvin Astanov (F53), Oloxan Musayev (F55) qızıl, Arzuman Paxırov (F55) isə gümüş medal qazanıblar.

Xəbər 245 dəfə oxundu.