DÇ-2012-də bir oyunun keçiriləcəyi yer dəyişdirilib
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin 1/4 final mərhələsi çərçivəsində, "C" qrupunun qalibi ilə "D" qrupunda ikinci yeri tutmuş komanda arasında arasında sentyabrın 27-də keçiriləcək qarşılaşmanın stadionu dəyişdirilib. Oyun, əvvəlcədən nəzərdə tutulduğu kimi, Tofiq Bəhramov adına Respublika stadionunda deyil, 8-ci km stadionunda keçiriləcək.

Buna səbəb "Neftçi" klubunun UEFA Avropa Liqasının qrup mərhələsində oktyabrın 4-də, Tofiq Bəhramov adına Respublika stadionunda İtaliyanın "İnter" klubu ilə görüşməsidir. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin qeyd olunan oyununun başqa stadiona keçirilməsi ilə bağlı AFFA FIFA-ya müraciət edib və beynəlxalq futbol qurumu bu müraciəti müsbət cavablandırıb.

Xəbər 872 dəfə oxundu.