Şahmat üzrə “Chessable Masters” yarışının qalibi müəyyənləşib
“Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışının qalibi müəyyənləşib.

Həlledici mərhələdə çinli Dinq Liren və hindistanlı Rameşbabu Praqnanandhanı məğlub edərək birinci yerə layiq görülüb.

Qeyd edək ki, dörddəbir finalda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov D.Lirenə uduzaraq turnirdə çıxışını dayandırıb.

Xatırladaq ki, turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.

Xəbər 257 dəfə oxundu.