Parakarateçilərimiz Avropa çempionatının finalına yüksəliblər
Türkiyənin Qaziantep şəhərində böyüklər arasında parakarate üzrə Avropa çempionatı davam edir.

Parakarateçilərimizdən Nihat Məmmədzadə və Emilia Mitilinova gözdən zəif idmançılar kateqoriyasında, Eldar Əhmədov isə əlil arabası istifadəçiləri arasında uğurla çıxış edərək finala vəsiqə qazanıblar.

Qeyd edək ki, bundan əvvəl karateçilərimiz Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət komandamız çempionatın finalına yüksəliblər.

Xatırladaq ki, mayın 29-da başa çatacaq yarışda ölkəmiz 17 karateçi və 5 parakarateçi ilə təmsil olunur.

Xəbər 233 dəfə oxundu.