Azərbaycan idmançısı İtaliyada keçirilən beynəlxalq şahmat festivalında üçüncü yeri tutub
İtaliyada beynəlxalq şahmat festivalı başa çatıb.

Yarışda iştirak edən Azərbaycan təmsilçisi Eltac Səfərli doqquz turdan 5,5 xal toplayaraq üçüncü yeri tutub.

Turnirin qalibi yeddi xalla ukraynalı şahmatçı Vitali Bernadski olub.

İsveçrə sistemi ilə keçirilən beynəlxalq festivalda ümumilikdə 20 şahmatçı iştirak edib.

Xəbər 247 dəfə oxundu.